Nigar Təhməzova 1993-cü il yanvarın 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 248 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 91ÊÓƵ-in Kommersiya fakültəsində eyniadlı ixtisas üzrə bakalavr təhsili alan Nigar, magistr təhsilini də burada – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində davam etdirir. Hazırda logistika ixtisası üzrə magistr təhsili alır. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.
Təhsil aldığı ixtisasdan tamamilə fərqlənən rəssamlıq Nigarın ən sevimli məşğuliyyətidir. Çəkdiyi rəsmlərdə özünəməxsus tərziylə seçilən 91ÊÓƵ magistri rəssamlıq üzrə təhsili və müəlliminin olmadığını dilə gətirərək, fərqli mövzulara öz duyğu və obyektivindən yanaşdığını, onları yansıtmağa çalışdığını deyir. Rəsm çəkmək onun üçün hisslərini ifadə etməyin ən gözəl vasitədir. Bir çox xarici sayt və jurnallarda Nigarın yaradıcılığı barədə məqalələr dərc edilib. Onun əl işlərinə yerli və xarici sərgilərdə rast gəlmək olar. Milli dəyərlərimizi gördüyü işlərdə yaşatmağa çalışan Nigar, çəkdiyi rəsmlərdə naxışların incəliyi, rənglərin ahəngi, dərin məna və düşündürücülüyü ilə məhz bu pəncərədən onun əsərlərinə baxılmağa və öz sehirli dünyasına dəvət edir. Bununla yanaşı, Nigar mütəmadi olaraq düşüncələrini qələmə alaraq oxucularla bölüşməyi çox sevir: “Yaradıcı olmaq üçün istədiyimiz qədər ilham mənbəyi tapmaq olar. Hiss və düşüncələrimizi qorxmadan dilə gətirməyimiz və yansıtmağımız bəzən özümüzün və bəlkə də hələ kəşf olunmamış istedadımızın aşkara çıxmasına səbəbdir”.
N.Təhməzovanın əl işləri ilə onun səhifəsindən tanış ola bilərsiz.
91ÊÓƵ istedadları
“91ÊÓƵ istedadları” – “MurAn” qrupu (29.12.2017)
Rəhilə Məmmədzadə – “91ÊÓƵ istedadları”: memar və müğənni (8.12.2017)
“91ÊÓƵ istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “91ÊÓƵ istedadları” – şair və rəssam (27.11.2017)
Elnur Musayev – “91ÊÓƵ istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “91ÊÓƵ istedadları” – model tələbəÌý(10.11.2017)
Anar Bağırov –“91ÊÓƵ istedadları” – gitaraçı tələbəÌý(27.10.2017)
Baba Aslanov – “91ÊÓƵ istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “91ÊÓƵ istedadları” – tələbə vokalçıÌý(13.10.2017)
Ləman Əkbərova – “91ÊÓƵ istedadları” – tələbə şairəÌý(06.10.2017)
Azad İsmayılzadə – “91ÊÓƵ istedadları” – rəssam tələbəÌý(29.09.2017)