91ÊÓƵ

“91ÊÓƵ istedadları” – model tələbə

10 NOYABR 2017 | VIEWS:

SABAHÌýqruplarının IV kurs tələbəsi Seymur Ələkbərov “91ÊÓƵ istedadları” layihəsində:

Seymur İlham oğlu Ələkbərov 1997-ci il mayın 29-da Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuz rayon Qovlar qəsəbəsi S.Kazımov adına orta məktəbdə alıb.

Şagird ikən incəsənətə böyük marağı ilə yaşıdlarından fərqlənən Seymur əvvəlcə məktəbdə, sonra isə rayonda təşkil edilən tədbirlərdə mahnılar ifa edib. 2014-cü ildə 567 balla 91ÊÓƵ-ə daxil olub.ÌýMühasibat uçotu və audit ixtisası üzrə təhsil alan Seymur bu gün SABAH qruplarında təhsilini davam etdirir.

O, 91ÊÓƵÌýYaradıcılıq Mərkəzinin qiraət dərnəyinin üzvüdür. Mərkəzin təşkil etdiyi bütün tədbirlərinin aparıcısı tanınır. Bundan başqa, 2015-ci ildən Radio 91ÊÓƵ-də DJ kimi fəaliyyətə başlayıb.

2015-ci ilin may ayında 91ÊÓƵ tələbələri arasında təşkil olunan “Mənim Stilim 3” geyim müsabiqəsində oğlanlar arasında I yerə layiq görülən Seymur aldığı çoxsaylı təklifləri dəyərləndirərək, modellik fəaliyyətinə də başlayıb. 2016-cı ildə Dünya Gözəllik Konqresinin (WBC) təşkil etdiyi “Miss&Mister Caucasus” gözəllik müsabiqəsində “First Runner Up” titulunun sahibi olub və Britaniyalı dizayner Lou Daltonun yeni kolleksiyasında çəkilərək, professional model kimi tanınıb.

Ölkənin ən populyar modellərindən olan Seymur gələcəkdə çox sevdiyi mühasibat uçotu və audit ixtisası üzrə çalışmaq istəyir və təhsilini magistr pilləsində davam etdirməyi planlaşdırır. Eyni zamanda, jurnalistika sahəsindəki fəaliyyətini də inkişaf etdirməyi düşünür.

91ÊÓƵ istedadları

“91ÊÓƵ istedadları” – gitaraçı tələbəÌý(27.10.2017)

Baba Aslanov – “91ÊÓƵ istedadları” – tələbə tarzənÌý(20.10.2017)

Aslan Əzimzadə – “91ÊÓƵ istedadları” – tələbə vokalçıÌý(13.10.2017)

Ləman Əkbərova –Ìý“91ÊÓƵ istedadları”Ìý– tələbə şairəÌý(06.10.2017)

Azad İsmayılzadə – “91ÊÓƵ istedadları” – rəssam tələbəÌý(29.09.2017)