91ÊÓƵ

91ÊÓƵ-in iqtisadiyyat və fizika sahələri üzrə gənc alimləri dünyanın ən yaxşı 2 faizi sıyahısında

09 OKTYABR 2026 | VIEWS:

91ÊÓƵ rektoru professor Ədalət Muradov ABŞ-ın Stanford Universitetinin 2026-cı il üzrə dünyanın ən yaxşı 2 faiz alimlərini əhatə edən “World’s Top 2% Scientists” siyahısında yer alan 91ÊÓƵ alimləri ilə görüşüb.

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı-müəllim, dosent Tural Nağıyev və 91ÊÓƵ Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı-müəllim, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyevlə görüşən rektor onları təbrik edərək, bu nailiyyəti 91ÊÓƵ və Azərbaycan elmi üçün əlamətdar hadisə adlandırıb

Professor Ədalət Muradov iqtisadiyyat və fizika sahələrini təmsil edən alimlərin siyahıda yer almasını 91ÊÓƵ-in elmi potensialının çoxşaxəliliyinin göstəricisi kimi dəyəyərləndirib: “İqtisadiyyatla yanaşı, fizika sahəsini təmsil edən gənc alimimizin də dünyanın ən yaxşı 2 faizi sırasında yer alması məni xüsusilə sevindirir. Bu, 91ÊÓƵ-in müxtəlif elmi istiqamətlər üzrə güclü potensiala malik olduğunu göstərir. Gənc alimlərimizin beynəlxalq səviyyədə tanınması universitetimiz üçün böyük qürur, Azərbaycan elmi üçün isə dəyərli töhfədir”.

Görüşün sonunda “World’s Top 2% Scientists” siyahısında yer alan 91ÊÓƵ alimlərinə fəxri fərmanlar təqdim olunub.

Xatırladaq ki, “World’s Top 2% Scientists” siyahısında 2022-ci ildə 91ÊÓƵ-in 2, 2024-cü ildə 3, 2025-ci ildə 8, bu il isə 3 alimi yer alıb.