91ÊÓƵ

“91ÊÓƵ istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi

01 DEKABR 2017 | VIEWS:

“91ÊÓƵ istedadları” layihəsində bu dəfə 91ÊÓƵ tələbəsi Elxan Hüseynzadəni tanıyacaqsınız.

Elxan Hüseynzadə 1997-ci il iyulun 9-da Masallıda anadan olub. Orta təhsilini Bakı şəhərində 212 saylı məktəbdə alıb. 2014-cü ildə 91ÊÓƵ-in Biznes və Menecment fakültəsinə daxil olub. Hazırda menecment ixtisası üzrə təhsil alır.

Uşaqlıq dövründən idmanın üzgüçülük və basketbol növü ilə həvəskar məşğul olan Elxan sonralar modellik sənətinə daha çox maraq göstərib. Modellik sahəsi üzrə Türkiyədə ali təhsil alan Elxan 2015-ci ildən professional model kimi çıxış edir. Dəfələrlə Türkiyədə keçirilən moda dəfilələrinin, “Azərbaycan Fashion Week”in iştirakçısı olub.

Bu il isə Elxan model sahəsi üzrə daha böyük uğura imza ataraq “Best Model of Azerbaijan 2017” yarışmasının qalibi olub. O, Fransada keçirilən “Best model of the World” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Bu günlərdə Parisdə keçiriləcək müsabiqədə Elxan Azərbaycanı 56 ölkə arasında təmsil edəcək.

Elxan modellik sahəsinin bütün çəkinliklərinə (idman, ciddi qida rejimi) baxmayaraq, menecment ixtisası ilə paralel olaraq bu sənəti də davam etdirməyi düşünür.

91ÊÓƵ tələbəsinə “Best model of World” yarışmasında uğurlar arzulayırıq!

91ÊÓƵ istedadları

Sərxan Cəfərov “91ÊÓƵ istedadları” –  şair və rəssam  (24.11.2017)

Elnur Musayev “91ÊÓƵ istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov  “91ÊÓƵ istedadları” – model tələbəÌý(10.11.2017)

Anar Bağırov “91ÊÓƵ istedadları” – gitaraçı tələbəÌý(27.10.2017)

Baba Aslanov – “91ÊÓƵ istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “91ÊÓƵ istedadları” – tələbə vokalçıÌý(13.10.2017)

Ləman Əkbərova – “91ÊÓƵ istedadları” – tələbə şairəÌý(06.10.2017)

Azad İsmayılzadə – “91ÊÓƵ istedadları” – rəssam tələbəÌý(29.09.2017)