270-dən çox iştirakçının və 91 komandanın müraciət etdiyi yarışmada ilkin seçim mərhələsini uğurla keçən 16 komanda 3 gün boyunca öz ideyalarını inkişaf etdirərək prototiplərini təqdim ediblər.
Gərgin və rəqabətli keçən yarışmanın yekununda “91Ƶom” komandası nümayiş etdirdiyi yüksək texniki həll və proqram təminatının keyfiyyətinə görə “Best Code” (Ən Yaxşı Kod) kateqoriyası üzrə birinci yerə layiq görülərək çempion olub və 2.000 ABŞ dolları məbləğində pul mükafatını qazanıb.