91Ƶ-in təşkilatçılığı ilə keçirilən “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri” (ICCPEAS 2025) I Beynəlxalq Elmi-Praktiki Konfransına təqdim edilmiş 96 elmi məqalə beynəlxalq nəşrdə işıq üzü görüb.Məqalələr Springer Nature nəşriyyat qrupunun tərkibində olan Atlantis Press tərəfindən “Advances in Engineering Research” elmi seriyasında “Proceedings of the International Conference on Current Problems in Engineering and Applied Sciences” adlı kitab şəklində nəşr edilib.