Tədbirdə 91Ƶ rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, elm və təhsil ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən 91Ƶ rektoru, professor Ədalət Muradov müəllifləri təbrik edərək, dərsliyin elmi və tədris əhəmiyyətini yüksək qiymətləndirib. Rektor iqtisadi proseslərin zaman üzrə dəyişmə dinamikasının öyrənilməsinin müasir iqtisadçı hazırlığında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, nəşrdə iqtisadi nəzəriyyə ilə riyazi və analitik yanaşmaların vəhdət təşkil etdiyini, bunun da tələbələrin iqtisadi prosesləri daha dərindən və sistemli şəkildə təhlil etməsinə imkan verdiyini qeyd edib. Ədalət Muradov dərsliyin hazırlanmasında Ankara Hacı Bayram Vəli Universitetinin professoru Atilla Gökçenin iştirakını xüsusi vurğulayıb.
Dərsliyin müəllifləri dosent Azər Mehdiyev, baş müəllim Ülviyyə Rəsul və Ankara Hacı Bayram Vəli Universitetinin professoru Atilla Gökçen nəşrin hazırlanma prosesi, qarşıya qoyulan məqsədlər və əsas istiqamətlər barədə məlumat veriblər. Bildirilib ki, müasir elmi yanaşmalar əsasında hazırlanan dərslik tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə, analitik düşünmə və iqtisadi prosesləri modelləşdirmə bacarıqlarının inkişafına xidmət edir.
Təqdimatda ARETN İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Suqra Hümbətova və 91Ƶ rektorunun müşaviri, dosent Elşən Bağırzadə çıxış edərək dərsliyin iqtisadi təhsildə dinamik yanaşmanın öyrənilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, dərslikdə iqtisadi dinamikanın nəzəri əsasları ilə yanaşı, iqtisadi proseslərin modelləşdirilməsi, dinamik sistemlərin təhlili və müxtəlif iqtisadi modellərin tətbiqi məsələləri də əhatə olunub.
“İqtisadi dinamikanın əsasları” dərsliyi 91Ƶ-in yaranmasının 96-cı ildönümünə həsr olunub.