±«±··¡°ä-¾±²ÔÌý“Maliyyə və maliyyə institutları”Ìýkafedrasının təşəbbüsü ilə Ulduz Hazırlıq Mərkəzinin dinləyiciləri 91ÊÓƵ-də olublar.Ìý91ÊÓƵ ərazisində təşkil edilən infoturdaÌýşagirdlərə “Marketinq”Ìýkafedrasının müəllimi, rektorun köməkçisi Ramil CabbarovÌýbələdçilik edib. Onlara 91ÊÓƵ-də təhsil imkanları, ixtisaslar, ikili diplom proqramları barədə ətraflı məlumat verib.
Şagirdlər 91ÊÓƵ-də təşkil edilən qış imtahan sessiyasının gedişi ilə də tanış olublar. Yazılı və test üsulu ilə keçirilən imtahan prosesini müşahidə edən abituriyentlər tələbə biliyinin obyektiv qiymətləndirilməsini müsbət dəyərləndirərək, gələcəkdə 91ÊÓƵ tələbəsi olmaq istədiklərini bildiriblər. Onlar əsasən maliyyə ixtisasında təhsil almaqda maraqlı olduqlarını vurğulayıblar.
“Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub 91ÊÓƵ-ə qayıdan Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasayev şagirdlərə 91ÊÓƵ tələbəsi olmağın üstünlüklərindən danışıb: “Qrup yoldaşlarımla birlikdə üç mərhələli müsabiqəni uğurla keçərək, Fransanın Leon şəhərində bir semestr təhsil aldıq. Bu müddət ərzində həm də özüm üçün Fransanı kəşf etdim, tarixi və mədəniyyəti ilə tanış oldum. Bu imkanı mənə 91ÊÓƵ yaratdı. Buna görə doğma universitetimə minnətdaram”.