Kafedra müdiri:Ìýi.e.d., prof. ƏləkbərovÌýƏvəz Əkbər oğluÌýƏlaqə tel: +(994) 12Ìý492-59-13;Ìý+(994) 12Ìý492-40-04;Ìý18-46 (1100)
|
*
91ÊÓƵ-in Elmi Şurasının 16Ìýsentyabr 2022-ci il tarixliÌý qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və auditÌý ” kafedrasıÌý birləşdirilərəkÌýÌý “Maliyyə və audit” kafedrası yaradilmişdir.
Bir necə il öncə Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan DövlətÌý İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarına əsasən “Maliyyə”, “Bank işi”,Ìý “Vergi və vergiqoyma” kafedraları 03.02.2016-cı il tarixdən ləğv edilmiş və həmin kafedraların bazasındaÌý “Maliyyə və maliyyə institutları” kafedrası yaradılmışdır.
Kafedranın rəhbəri Azərbaycanın eks-maliyyə naziri, tanınmış ictimai-siyasi və dövlət xadimi və əməkdar müəllim olan iqtisad elmləri doktoru, professor Əvəz Əkbər oğlu Ələkbərovdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin Ìýəsas ixtsas Ìý“Maliyyə vəÌý audit” kafedrası özündə böyük elmi potensialı cəmləndirir. Hal-hazırda kafedradaÌý iqtisad elmləri uzrə 10 elmlər doktoru, 29 elmlər namizədi, 8 baş müəllim və 4 müəllim çalışır.
Daha keyfiyyətli elmi kadr potensialının formalaşdırılması üçün kafedrada təhsilin doktorantura pilləsində əyani və qiyabi təhsil formasında iqtisad uzrə Ìý7 elmlər doktoru, 43 fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertant fəaliyyət göstərir.
KafedradaÌý Ìý5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi” Ìývə 5303.01“Mühasibat uçotu və audit” ixtisasları fəlsəfə doktoru və Ìýelmlər doktoru dissertasiyalarının aktual mövzular üzrə hazırlanmasına elmi rəhbərlik təminÌý edilməklə onların vaxtında və keyfiyyətli müdafiə olunmasına yuksək Ìýelmi şərait yaradılır. Son dövrlərdə müdafiə olunan dissertasiyalar, əsasən “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı olan elmi mövzulara həsr edilmişdir.Ìý Doktorant və dissertantlar vaxtlı-vaxtında illik attestasiyadan keçərək, kafedranın professor-müəllim heyətin qarşısında hesabat verirlər. Azərbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komisiyasinin əmri ilə kafedranin professorlari 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi ” ixtisasi uzrə 91ÊÓƵ nəzdində yaradilmiş ixtisaslaşdirilmiş mudafiə şurasinin uzvləri təyin edilmişlər.
Kafedra eyni zamanda təhsilin magistratura səviyyəsində dəÌý magistrantlara elmi mövzuların seçilməsində, onlara elmi rəhbərlik edilməsində öz xidmətlərini tam və dolğun şəkildə reallaşdırır.Azərbaycan RespublikasiÌý Elm və Təhsil Nazirinin əmri ilə ali təhsilin magistratura səviyyəsində Ìý060403 “Maliyyə” ixtisası üzrə “Bank işi”, “Maliyyə menecmenti”, “Maliyyə bazarları”, “Vergi və vergiqoyma”, “Sığorta işinin təşkili”, “Maliyyə nəzarəti və audit”Ìý ixtisaslaşmalarındaÌý keçirilənÌý Ìýmagistr dissertasiya işlərinin müdafiəsindəÌý hər il kafedranin professor və dosentləri iştirak edirlər.
Kafedranın nəzdində fəaliyyət göstərən Ìý«Maliyyə» laboratoriyasıÌý kafedranin Ìýelmi-nəzəri potensialının praktika Ìýilə əlaqələndirilməsi işini uğurla həyata keçirir.
«Maliyyə və audit» kafedrasında Azərbaycan Respublikasi Nazirlər Kabinetini 11 fevral 2019-cu il tarixli 45 sayli qərari ilə təsdiq edilmiş aliÌý təhsilin bakalavriat səviyyəsində 050406 Maliyyə və 050409 Muhasibat ixtisaslari uzrə iqtisad mutəxəssislər hazirlanir.
İxtisaslar üzrə kafedrada tədris olunan fənlər:
MALİYYƏ ixtisasi uzrə
1.Korporativ maliyyə
2.Maliyyə bazarları
3.Davranış maliyyəsi
4.Maliyyə risklərinin idarəedilməsi
5.Dövlət maliyyəsi
6.İnvestisiyanin idarəedilməsi
7.Vergitutma
8.Maliyyə menecmenti
9.Bank işi
10.Opsiyonlar və fyuçerslər
11.Sabit gəlirli qiymətli kagizlar və törəmə maliyyə alətləri
12.Sahibkarliq maliyyəsi və vençur kapitali
13.Budcə sistemi
14.³§ığ´ǰù³ٲ¹
15.Dövlətin gəlir və xərclərinin idarə edilməsi
16.Büdcə və xəzinə uçotu
17.Şirkət birləşmələri, satınalmalar və özəl kapital
MUHASİBAT ixtisasi uzrə
*
°Õə»å°ù¾±²õin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır.Strukturda keyfiyyətin və şəffaflığın təmin edilməsi məqsədilə “Maliyyə və audit” kafedrasında təcrübəli müəllimlərdən ibarət xüsusi nəzatət komissiyası yaradılmışdır. Komissiya üzvləri gənc kadrların dərslərinə nəzarət və təcrübələrinin artırılması məqsədilə onların dərslərində iştirak edir, tədris prosesində buraxılan nöqsanların aradan qaldırılması üçün həmin müəllimlərə dəyərli məsləhətlər verirlər.«Maliyyə və audit» kafedrasındaÌý büdcə təyinatlı elmi-tədqiqat işləri ilə yanaşı həm də podrat müqavilə əsasındaÌý təsərrüfat hesablı elmi tədqiqat işi yerinə yetirərək sifarişçi təşkilatlara təhvil verilir.Kafedra tərəfindən “Azərbaycan Respublikasının Təkrarsığorta” şirkəti ilə “Milli iqtisadiyyatın şahələndirilməsi prosesinin tənzimlənməsində sığorta bazarının resurs potensialının artırılması prioritetləri”, “Azəravtoyolservis” şirkəti ilə “Avtomobil yollarının saxlanılması və inkişafına yönəldilən investisiyaların idarəedilməsi”, “Xalq Bank” ASC ilə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” və “Kredit portfelnin diversifikasiyasının müasir istiqamətləri” mövzuları üzrə müqavilələr bağlanmışdir.
Həmin layihələrin nəticələrinə görə müvafiq qrantlar alınmış, onun bir hissəsi vergi və sosial sığortaya köçürüldükənÌý sonra Universitetin carı işlərinə və əməkdaşların mükafatlandırılmasına yönəldilmişdir.
Son illərdə kafedranın əməkdaşları tərəfindən Maliyyə ixtisasi üzrə dərslik, dərs vəsaiti, monoqrafiya, metodiki göstəriş, məqalə, tezis, kitabça və tərcümə işləri çap edilmişdir. Nəşr olunmuş əsərlər içərisində «Vergi nəzarəti», «Maliyyə», “Dövlət və bələdiyyə maliyyəsinin problemləri”, «Korporativ maliyyə»,«Beynəlxalq maliyyə, kredit və valyuta münasibətləri», “Sığorta fəaliyyətinin əsasları”, “Maliyyənin əsasları”, “Pul və banklar”, “Sığorta işi”, “Sığortanın əsasları” və s. dərslik və dərs vəsaitlərini göstərmək olar.
Professor müəllim heyəti tərəfindən Mühasibat Ìýixtisası üzrə hazırlanan tədris-metodik vəsaitlərinÌý böyuk əhəmiyyəti vardir. 2010-cu ildə hazırladığı və beynəlxalq qriflə dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, “Maliyyə hesabatı” dərsliyi (2018), «Mühasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il), “Audit” dərsliyi, “Audit” dərsliyi (2019),Ìý “İdarəetmə təhlili” dərsliyi (2018), “Maliyyə hesabatının beynəlxalq standartları” fənninin tədris proqramıÌý adlı tədris-metodiki vəsaiti xüsusilə qeyd edilməlidir.Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoqrafiyalar aşağıdakılardır: Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v.; Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v.; Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v.; İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. «Дивидендная политика: вопросы оптимизации» Актуальные вопросы финансовой политики и развития денежно-кредитной системы, 2018-ci il, və s. İngilis alimləri D.Aleksanderin, Anne Brittonun və başqalarının yazdıqları «Международные стандарты финансовой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.
İstehsalat təcrübəsinə rəhbərlik etmək üçünÌý sahəüzrəən təcrübəli müəllimlə seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı gündəliyin tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.
Kafedrada tələbələrin arzusu ilə istehsalat təcrübəsinin xarıcı dövlətlərin banklarında: ÌýSankt Peterburq Xarici Ticarət Banki , Polotsk Kommersiya Bankinda Ìýkeçirilməsinə şərait yaradilir.Tələbə Elmi Dərnəyinin fəaliyyəti hər zaman kafedra rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə mövzuların seçilməsində və elmi rəhbərlə daimi təmasin olmasina Ìýdəstək verilir
Kafedranın əməkdaşları Universitetin ictimai siyasi həyatında aktiv iştirak edirlər, belə ki, kafedranın müdiri i.e.d., prof. Ə.Ə.Ələkbərov “Professorlar Klubu”nun Rəyasət Heyətinin sədridir. Beynəlxalq konfranslarda, elmi sipoziumlarda, ictimai-siyasi tədbirlərdə kollektiv daim öz aktivliyi ilə seçilir. Professional baxımdan İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank,ÌýKapital Bank,Beynəlxalq Bank, Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumlarla daim işgüzar əlaqələr qurur, “Vergi Olimpiadası” və treninq xarakterli çox saylı birgə elmi-praktiki tədbilər həyata keçirir.
“Maliyyə və audit” kafedrasınin əməkdaşlariÌý öz fəaliyyətlərini daha da genişləndirmək uçun perspektiv planlar hazirlayirlar:
Kafedranın əməkdaşları kafedra qarşısında qoyulmuş vəzifələrin vaxtında və tələb olunan standartlara uyğun yerinə yetirilməsi və elmi –pedoqoji fəaliyyətlərində bundan sonra da daha yüksək nəticələr əldə etmək məqsədilə səylə çalışacaqlar.Kafedranin professorlari xarici ölkələrin universitetlərində dövri olaraqÌý muhazirə dərsləri apararaq azərbaycan iqtisad elmini dunya təhsil sisteminə təqdim edirlər.
“Maliyyə və audit” kafedrasının əməkdaşları Universitetdəki səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə müxtəlif səviyyəli mükafatlara və təltiflərə layiq görülmüşlər.Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların formalaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, regionların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexanizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi prosesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.
MALİYYƏ ixtisasi üzrə
MÜHASİBAT ixtisasi uzrə