91ÊÓƵ

Universitetlə yaşıd professor: Asif Kərimov

17 MART 2016 | VIEWS:

Martın 17-də Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) rektoru, professor Ədalət Muradov iqtisad elmləri namizədi, 91ÊÓƵ-in professoru, əməkdar müəllim Asif KərimovlaÌý²µö°ùüşü²ú.

Görüşdə professoru 85 illik yubileyi münasibəti ilə təbrik edən rektor, onun zəngin elmi nailiyyətini və pedoqoji fəaliyyətini yüksək dəyərləndirib. Yubilyara fəxri fərman təqdim edilib.

Asif Kərimov 1931-ci il martın 19-da Fizuli rayonunda anadan olub. 1950-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı adına İnstitutunun Maliyyə-kreditfakultəsinə daxil olub. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1957-ci ildə SSRİ Təhsil nazirliyinin təyinatı ilə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

1961-ci ildə Moskva İqtisad-Statistika institutunda namizədlik dissertasiyasını müdafiə edib. Müəllimlik fəaliyyəti dövründə maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.