91ÊÓƵ

91ÊÓƵ voleybolçularına diplomlar təqdim olunub

15 MAY 2017 | VIEWS:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında voleybol (oğlanlar) yarışı keçirilib.

Yarışda Nərimanov rayonu ərazisində yerləşən 6 ali və orta ixtisas təhsil müəssisəsinin (91ÊÓƵ, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti (ADU), “Bakı Avrasiya” Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci və Bakı Humanitar Kollecinin) komandası iştirak edib.

91ÊÓƵ komandası Avrasiya Universiteti və Bakı Humanitar kollecinə 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ADU komandası ilə mübarizə aparan 91ÊÓƵ voleybolçuları 2:0 hesabı ilə rəqib komandanı məğlub edərək finala çıxıblar.

Final mərhələsində 91ÊÓƵ komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybolçuları ilə qarşılaşıb. Gərgin keçən mübarizənin sonunda 91ÊÓƵÌý komandası 2:1 hesabı ilə ikinci yerin sahibi olub.

Yarışmanın sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib Ìýkomandaların üzvlərinə Ìýmedal və diplomlar təqdim edilib.

Qeyd edək ki, komandaya 91ÊÓƵ-in “İdman klubu”nunÌý baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.