91ÊÓƵ

91ÊÓƵ ilə PAŞA Kapital İnvestisiya Şirkəti  arasında memorandum imzalanıb

21 SENTYABR 2026 | VIEWS:

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru İsi Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 91ÊÓƵ-də olub.

91ÊÓƵ rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitetlə real sektor arasında əməkdaşlığın və davamlı kommunikasiyanın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 91ÊÓƵ ilə PAŞA Kapital arasında əməkdaşlıq tələbələrin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərini real biznes təcrübəsi ilə zənginləşdirməsinə, onların əmək bazarına hazırlığına və peşəkar inkişafına töhfə verəcək.

Müzakirələrin nəticəsi olaraq, 91ÊÓƵ və PAŞA Kapital İnvestisiya Şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum çərçivəsində 91ÊÓƵ-in müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları üçün təcrübə proqramlarının təşkili, praktiki təlimlərin, seminarların, master-klassların və keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində tələbə və məzunlar üçün karyera və iş imkanlarının yaradılması, təqaüdlərin verilməsi, müvafiq laboratoriyanın qurulması, eləcə də tələbələrin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərilməsi planlaşdırılır.

Tərəflər, həmçinin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsi və korporativ sosial məsuliyyət çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.