Azərbaycan Dövlət İqtisad Universiteti (91Ƶ) ilə (ATU) “Qida məhsulları mühəndisliyi”, “Marketinq” və “Menecment” ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.
Əməkdaşlıq 91Ƶ-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı 91Ƶ-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə, həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin 91Ƶ-də, 91Ƶ tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. 91Ƶ-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.