Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Beynəlxalq İqtisadiyyat MəktəbindəÌýinteraktiv metodlara əsaslanan ingilis dili dərsi keçirilib.
“Azərbaycanda turizmin inkişafında gənclərin rolu” mövzusunda keçirilən dərs İçərişəhərdə təşkil edilib. 91ÊÓƵ-in “Xarici dil – 2” kafedrasının gənc müəllimi Aynur Mirzəyeva “role play”Ìý metodundan istifadə edərək tələbələri bələdçi və turist qrupuna bölüb. “Bələdçi” tələbələr “turistlərə” ingilis dilində İçərişəhərin tarixi abidələri, adət-ənənələri barədə geniş məlumat verib. A.Mirzəyeva bu metodun tələbələrin xarici dildən istifadə edərkən qarşılaşdıqları bəzi baryerlərin aradan qaldırılmasında kömək olacağını bildirib.
*