91ÊÓƵ

91ÊÓƵ tələbələri şəhid Mixail Həmidovun ailəsini ziyarət edib

01 APREL 2021 | VIEWS:

91ÊÓƵ kollektivinin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunlarının ailələrini ziyarəti davam edir.

Budəfəki ziyarətdəÌý91ÊÓƵ Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəallarıÌýVətən müharibəsində qəhrəmancasına şəhid olan 91ÊÓƵ-in məzunuÌýÌýMixail HəmidovunÌýailəsi ilə görüşüblər.

Zəfəri qanı ilə qazanmış “Mixaylo” ləqəbli kəşfiyyatçı Mixail Həmidovun yaxınları ilə görüşdə şəhidin ailəsi onunÌýhəyat yolundan danışaraq,Ìýxatirələrini bölüşüblər.ÌýÌýMixailin Almaniyada yaşadığı dövrdəki uşaqlıq, eləcə də Bakıya köçəndən sonrakı gənclik illərindən danışıblar. vətənini də ailəsi qədər sevdiyindən danışıblar.

Mixaillə bağlı maraqla dinləyən tələbələr onun əziz xatirəsi həmişə əziz tutacaqlarını, Mixailin şərəfli həyat yolunun hər bir gənc üçün örnək olacağını deyiblər.

Sonra 91ÊÓƵ THİK sədri Rüfət SüleymanlıÌýMixail Həmidovun adınaÌýFəxri fərmanı şəhidimizin ailəsinə təqdim edib.

Mixail HəmidovÌý1983-cü ilÌýdekabrın 18-dəÌýŞərqi AlmaniyanınÌýPotsdamÌýşəhərində hərbçi ailəsində anadan olub.Ìý1991-1998-ci illərdəÌýSuraxanı rayonundakıÌý278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isəÌýSabunçu rayonundakıÌý72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildəÌýHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM)Ìýqəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzindəÌýXüsusi Təyinatlı QüvvələrdəÌý“leytenant” hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi iləÌýAzərbaycan Silahlı QüvvələriÌýsıralarından “baş leytenant” hərbi rütbəsində tərxis olunub.ÌýRus,ÌýingilisÌývəÌýerməniÌýdillərini bilirdi.

2013-2015-ci illərdəÌýAzərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ)ÌýMBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb.ÌýAzərbaycan OrdusundanÌýtərxis olunandan sonra bir neçə yerdə yüksək vəzifələrdə çalışıb.

2020-ci il sentyabrın 27-dəÌýAzərbaycan OrdusununÌýehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə Vətən müharibəsinə yollanıb. O,ÌýFüzulinin azadlığı uğrunda gedən döyüşlərdəÌýsavaşıb.ÌýFüzuli rayonuÌýistiqamətindəÌýErmənistanÌýtərəfində olan bir neçə postun qısa müddət ərzindəÌýAzərbaycanÌýtərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb.ÌýVətən müharibəsindəÌýsilah yoldaşları tərəfindənÌý“Mixaylo”Ìýləqəbini qazanan Mixail Həmidov oktyabrın 23-dəÌýFüzuli döyüşləriÌýzamanı şəhid olub.ÌýII Fəxri XiyabandaÌýdəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, üç övladı var.

https://news.unec.edu.az/xeber/125-universitet/7325-unec-telebeleri-shehid-mixail-hemidovun-ailesini-ziyaret-edib