91ÊÓƵ

91ÊÓƵ tələbələri arasında esse müsabiqəsi keçirilib

18 OKTYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ ) Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri arasında dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan esse müsabiqəsi keçirilib.

Müsabiqədən öncə Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Azərbaycan dili °첹´ڱð»å°ù²¹²õı²Ôı²Ô müdiri, professor Tofiq Əbdülhəsənli və tarixçi professor Abbas Seyidov dövlət müstəqilliyinin tarixi barədə məlumat veriblər. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edilib. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Çıxışlardan sonra tələbələrin esseləri dinlənilib. Ən yaxşı esse yazan tələbələr diplomlarla təltif edilib.