Minilliyin Layihəsinin Azərbaycan Bölməsi – Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova 91Ƶ-də olub. “Xarici dillər”kafedrasında keçirilən görüşdə təhsildə müasir tendensiyalar müzakirə olunub, 91Ƶ-in son illərdə əldə etdiyi nailiyyətlərə diqqət çəkilib. Kafedra müdiri, professor Afət Abbasova91Ƶ müəllimlərinin tətbiq etdiyi yeni tədris metodikalarından söz açıb. Bildirib ki, bu metodikanın sayəsində mübadilə proqramında iştirak edən tələbələr hər hansı dil baryeri ilə qarşılaşmırlar.
A.Abbasova 91Ƶ-in innovativ universitet olduğunu vurğulayaraq, kafedranın daima müasir pedaqoji fəaliyyət texnikalarını izlədiyini bildirib.
İqtisad Universitetinin ölkədə dörd dildə təhsil verən yeganə universitet olduğu vurğulanan görüşdə R.Hüseynova 91Ƶ-müəllimlərinin güclü potensialı olduğunu qeyd edib. Bildirib ki, 91Ƶ müəllimlərinin simasında modern Azərbaycan müəlliminin obrazını görür.
Sonda AFC-nin imtahanlarından uğurla keçən “Xarici dillər” kafedrasının 6 müəlliminə fransız dilinin tədrisinə icazə verən beynəlxalq sertifikat təqdim edilib.