91ÊÓƵ

91ÊÓƵ-in Keyfiyyət Təminatı Siyasəti yenilənib

25 SENTYABR 2026 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Keyfiyyət Təminatı Siyasəti yenilənib.

91ÊÓƵ Elmi Şurasının 14 sentyabr 2026-cı il tarixli 206 nömrəli qərarı ilə yeni redaksiyada Keyfiyyət Təminatı Siyasəti təsdiq edilib.

Siyasətin yenilənməsi 91ÊÓƵ-də keyfiyyət təminatı sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsi və maraqlı tərəflərin keyfiyyət təminatı proseslərində iştirakının gücləndirilməsi məqsədilə həyata keçirilib.

Elmi Şuranın iclasında çıxış edən 91ÊÓƵ Keyfiyyət Təminatı Şöbəsinin müdiri Vəfadar Rizvanlı siyasətin yenilənməsi prosesində həyata keçirilən işlər barədə məlumat verib. Bildirilib ki, yeni redaksiyanın hazırlanması zamanı 91ÊÓƵ-in mövcud keyfiyyət təminatı sistemi və strateji inkişaf istiqamətləri ilə yanaşı, ESG 2015 və ISO 21001 standartlarının müvafiq müddəaları nəzərə alınıb.

Qeyd olunub ki, siyasətin hazırlanması prosesində universitetin müxtəlif maraqlı tərəflərinin fikir və gözləntilərinin öyrənilməsi məqsədilə sorğu keçirilib, əldə olunan nəticələr siyasətin müddəalarının formalaşdırılması zamanı nəzərə alınıb.

Yenilənmiş Keyfiyyət Təminatı Siyasəti 91ÊÓƵ-də daxili qiymətləndirmə və keyfiyyət təminatı proseslərinin daha sistemli təşkili, qərarların məlumat və sübutlara əsaslanması, eləcə də əldə olunan nəticələrin inkişaf proseslərində istifadəsinə xidmət edəcək.

Keyfiyyət Təminatı Siyasəti

Quality Assurance Policy