91ÊÓƵ

91ÊÓƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbində intellektual mübarizə

10 OKTYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Beynəlxalq İqtisadiyyat MəktəbininÌýTələbə Həmkarlar İttifaqı KomitəsiÌývə İqtisadçı İntellektual Klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışda 27 komanda iştirak edib. Gərgin keçən bilik yarışmasında “SP 500” komandası (Xədicə Səfərova, Natella Məmmədzadə, Fuad Səfərli, Allahverdi Qarayev) qalib gəlib.

II yerdə “Dragonflies” (Ələkbər Ələkbərov, Samir Məmmədov, İsmət Həsənzadə, Nuray Məmmədli), III yerdə isə Ìý“IBrain4s” (Aytən Novruzlu, Saqif Abbasov, Anar Abdıyev, Sənəm Məmmədzadə) komandası qərarlaşıb.

Yarışmanın qalibləri kubok, diplom və “Ali&Nino” kitab mağazasından hədiyyə kuponu, II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.