91Ƶ-in Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları Pərvin Paşayeva və Rəna Naibova “Erasmus+” proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində olublar.
91Ƶ əməkdaşları Anadolu Universitetində Beynəlxalq əlaqələr şöbəsi, Əcnəbi tələbələrin qəbulu şöbəsi, həmçinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin təşkil etdiyi təlimlərdə iştirak ediblər, eyni profilli şöbələrin iş fəaliyyəti ilə tanış olublar, təcrübə mübadiləsi həyata keçiriblər.
Təlimlərin sonunda 91Ƶ əməkdaşlarına sertifikatlar təqdim edilib.
Departamentin əməkdaşları “Erasmus+” proqramı çərçivəsində Anadolu Universitetində təhsil alan 91Ƶ-in 5 tələbəsi ilə də görüşüblər. Yaz semestri ərzində mübadilə proqramında iştirak edən tələbələrin tədris prosesi ilə yaxından tanış olublar.