91ÊÓƵ yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradır.“91ÊÓƵ-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.
Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan 91ÊÓƵ-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində 91ÊÓƵ-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq 91ÊÓƵ tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən 91ÊÓƵ-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.
91ÊÓƵ Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. Bu ildən etibarən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədi ilə 91ÊÓƵ-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.
Qeyd edək ki, 2017/18-ci tədris ilində 91ÊÓƵ-ə qəbul planı 96.6 faizlə yerinə yetirilib. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi məhz 91ÊÓƵ-i seçib. II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə də 91ÊÓƵ-in Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz 91ÊÓƵ tələbəsidir.
“91ÊÓƵ-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud 91ÊÓƵ-in °ùə²õ³¾¾± ilə əlaqə saxlaya bilərlər.