91Ƶ-də “Gənc Biznesmenlər Klubu” yaradılıb.
91Ƶ-in Rus İqtisadiyyat Məktəbində yaradılan klubun məqsədi tələbələrin tanınmış biznesmenlərlə mütəmadi görüşlərini təşkil etmək, onların təcrübələrindən faydalanmaqdır. Klubun fəaliyyəti əsasən marketinq, menecment və biznes ixtisaslarında təhsil alan tələbələri əhatə edəcək.
Klubun ilk görüşü biznesmen, özündə “Viva”, “Cafe-City”, “Maxi.az”, “İnteqral” kimi brendləri birləşdirən OMG şirkətlər qrupunun yaradıcısı Orxan Mastanovla olub. İqtisad Universitetinin məzunu olan, sonra təhsilini və biznes fəaliyyətini Rusiyada davam edən uğurlu iş adamı O.Mastanov 91Ƶ tələbələrinə öz tələbəlik xatirələrini danışıb. Bu gün 91Ƶ-in tələbələrə yaratdığı dünya təhsiıl sistemindən faydalanmaq imkanını yüksək qiymətləndirib.
Sonra gənc biznesmen 91Ƶ tələbələrinə “Biznes – peşədir, yoxsa…” adlı ustad dərsi keçib. O, biznes fəaliyyətini tələbələrə maraqlı, interaktiv formata nümayiş etdirib. 91Ƶ məzunu tələbələrə öz tövsiyələrini verib. Onların suallarını cavablandırıb.