Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ) “Tolerantlığın Azərbaycan modeli” mövzusunda elmi seminar keçirilib.
91ÊÓƵ-in tələbələrlə iş üzrə prorektoru, dosent ÌýBeynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması ±¹ə inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir. Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını vurğulayanÌý prorektor, tolerantlığın Azərbaycan modelinin dünya üçün nümunə sayıldığını qeyd edib.
Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti ÌýAzərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyindən danışıb. Qeyd edib ki, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda bütün dövrlərdə hər bir ±¹ətəndaşa bərabər münasibət göstərilib. Professor milli dəyərlərin qorunub saxlanılması üçün davamlı olaraq yeni proqram ±¹ə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində multikulturalizmin Azərbaycan modeli fənn kimi tədris planlarına daxil edildiyini bildirib.
Seminarda 91ÊÓƵ-in “Humanitar fənlər”Ìýkafedrasının professoru Zakir Məmmədəliyev ±¹ə Texnologiya ±¹ə dizaynÌýfakültəsinin tələbəsi, fakültə TGT sədri Cəmilə Abdullayeva çıxışlarında xalqımızın tolerant ±¹ə multikultural dəyərlərə verdiyi qiymətdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən ±¹ə gənclər tərəfindən həyata keçirilən layihələrdən bəhs ediblər.
Seminar müzakirələrlə davam edib.