Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində elmi-metodiki seminar keçirilib. Fakültənin professor-müəllim heyəti və fəal tələbələrin iştirak etdiyi seminarda Beynəlxalq ticarət və gömrük işi kafedrasının dosenti ²Ñ.²Ñə³¾³¾ə»å±ô¾± “Müasir şəraitdə Azərbaycanda biznesin inkişafı strategiyası” mövzusunda çıxış edib. ²Ñ.²Ñə³¾³¾ə»å±ô¾± öz çıxışında Azərbaycan investisiya şirkətinin yaradılması, sahibkarlığa maliyyə yardımı, sahibkarlığın hüquqlarının müdafiəsi, ölkədə sənaye parklarının yaradılması məsələlərinə toxunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.