91ÊÓƵ

91ÊÓƵ-də Britaniya Şurasının Aptis Mərkəzi fəaliyyətə başladı

05 OKTYABR 2026 | VIEWS:

91ÊÓƵ ilə Britaniya Şurasının (British Council) əməkdaşlığı çərçivəsində yaradılmış Aptis Mərkəzinin rəsmi açılışı keçirilib.

Tədbirdə 91ÊÓƵ-in rektoru professor Ədalət Muradov, Britaniya Şurasının Baş direktorunun müavini Kate Evart-Biggs, qurumun Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, İmtahan departamentinin direktoru Nərgiz Əkbərova və Xarici Dillər departamentinin əməkdaşları iştirak ediblər.

Görüşdə 91ÊÓƵ ilə British Council arasında əməkdaşlığın inkişafı, xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi və dil bacarıqlarının beynəlxalq standartlar əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində 91ÊÓƵ Xarici dillər departamentinin direktoru dosent Aysel Xəlilova universitetdə xarici dil tədrisi və beynəlxalq sertifikatlaşdırma istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib. Bildirilib ki, 2025/2026-cı tədris ilində XDİAK-4 fənni üzrə Aptis imtahanında 3013 tələbə iştirak edib. Onlardan  97,5 faiz müvəffəqiyyət əldə edib.

Qeyd olunub ki, yeni Aptis Mərkəzi 91ÊÓƵ-də beynəlxalq standartlara uyğun ingilis dili qiymətləndirilməsinin aparılmasına, fərdi namizədlərin imtahana çıxış imkanlarının genişləndirilməsinə və beynəlxalq sertifikatlaşdırma mühitinin inkişafına xidmət edəcək.

Görüşün sonunda 91ÊÓƵ ilə British Council arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.