91ÊÓƵ-də Dövlət Bayrağı Gününə həsr olunan bilik yarışı keçirilib.91ÊÓƵ-in İqtisadçı Vətənpərvərlər Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarış “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim” mövzusunda olub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin səsləndirilməsi ilə başlayan yarışda 15 komanda iştirak edib. 3 mərhələdən ibarət olan yarışda komandalara Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı suallar verilib. Final mərhələsinə ݱç³پ±²õ²¹»徱²â²ⲹ³Ù fakültəsinin “Generalissimus”, Ə³¾³Ùəəşü²Բ¹²õ±ôı±ç fakultəsinin “374” və “Game Over” komandaları vəsiqə qazanıb. Gərgin və maraqlı keçən yarışda ݱç³پ±²õ²¹»徱²â²ⲹ³Ù fakültəsinin tələbələrinin təmsil olunduğu “Generalissimus” komandası qalib olub. Ə³¾³Ùəəşü²Բ¹²õ±ôı±ç fakultəsinin “374” komandası 2-ci, “Game Over” komandası isə 3-cü yerin sahibi olub.
Yarışın sonunda “Generalissimus” komandasının üzvlərinə kubok və medallar, digər finalçılara isə diplomlar təqdim edilib.