Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Ə³¾³Ùəəşü²Բ¹²õ±ôı±çÌýfakültəsində Beynəlxalq Standartlaşdırma gününə həsr olunan elmi-praktik seminar keçirilib. Seminar 91ÊÓƵ-in “Standartlaşma və sertifikasiya”Ìýkafedrası və Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrası ilə birgə təşkil olunub.
Universitetin Ağsaqqallar Şurasının sədri, “İstehlak mallarının ekspertizası”Ìýkafedrasının müdiri, Ìýprofessor iştirakçıları Beynəlxalq Standartlaşdırma günü münasibəti ilə təbrik edərək, Azərbaycan iqtisadiyyatında standartlaşdırma sahəsi ilə məşğul olan mütəxəssislərin üzərinə düşən mühüm vəzifələrdən danışıb.
Fakültə dekanı dosent Tofiq OsmanovÌýson dövrlərdə 91ÊÓƵ-də gedən struktur dəyişiklikləri, Elektron universitet modelinin tətbiqi, professor-müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və pedaqoji fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə differensial əmək haqqı modelinin tətbiqi barədə iştirakçılara məlumat verib.
Beynəlxalq Standartlaşdırma gününün yaranma tarixindən və əhəmiyyətindən danışan “Standartlaşma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit AslanovÌý“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasının vacibliyi, aparılan kadr hazırlığı, kafedrada yerinə yetirilən elmi-tədqiqat işləri, bu sahə mütəxəssislərinin ölkə iqtisadiyyatının inkişafındakı rolu haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Elmi-praktik seminarda Texniki Universitetin professor-müəllim heyəti də çıxış edib. Hər iki universitetin müvafiq kafedrasının əməkdaşlığının davam etdirilməsi qərara alınıb.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavabalndırılıb.