91Ƶ

91Ƶ Beynəlxalq Təhsil və Karyera sərgisində

05 APREL 2018 | VIEWS:

91Ƶ Qazaxıstanda keçirilən 19-cu Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edir.

Aprelin 5-də Qazaxıstanın Almatı şəhərində 19-cu Beynəlxalq Təhsil və Karyera sərgisinin açılış mərasimi olub. Sərgidə 91Ƶ-i Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov əBeynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Afət Ələkbərova təmsil edir.

Dünyanın aparıcı universitetlərinin yer aldığı sərgidə Cənubi Qafqazın 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan 91Ƶ-in guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub. Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər 91Ƶ Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi və Rus iqtisad Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar. Onlar 91Ƶ-ə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərlə maraqlanıblar.

Sərgi aprelin 7-dək davam edəcək.