Seminarda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin ilk 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələr iqtisadçılar və tədqiqatçılar tərəfindən ətraflı müzakirə olunub.
İAETİ-nin direktoru, professorÌýYadulla Həsənli ilk 9 ay ərzində ölkənin sosial-iqtisadi inkişafında baş verən mühüm yeniliklər barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 2,5 faiz, xarici ticarət dövriyyəsində isə 7 faiz artım müşahidə olunduğunu bildirən Y.Həsənli xarici ticarətdə 4,4 milyard dollara bərabər müsbət saldo yarandığını diqqətə çatdırıb.
İAETİ-nin böyük elmi işçisiÌýFərhad Mikayılov ölkənin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə məlumat verərək, təhlillərin nəticələrini şərh edib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən iqtisadçı alim bir sıra dövlət əhəmiyyətli iqtisadi tədbirlərin həyata keçirildiyini, aparılan iqtisadi islahatların mühüm töhfə verəcəyini vurğulayıb.
-nın müxbir üzvü, professor , 91ÊÓƵ-in kafedra müdiri, professorÌýƏli Əlirzayev,ÌýElm və İnnovasiya Mərkəzinin direktoru, professor Sakit YaqubovÌýtəhlil və müzakirələrdən sonraÌýölkədə iqtisadi artımın təmin edilməsi yollarına dair təklifÌý və tövsiyələriniÌý seminar iştirakçılarının diqqətinə çatdırıblar. Alimlər kadr hazırlığında çevikliyin təmin edilməsinə xüsusi diqqətin göstərilməsi,ÌýÌýmövcud resurs potensialını nəzərə almaqla sağlamlıq turizminin inkişaf etdirilməsi, bölgələrdə kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması məqsədi ilə İnkişaf mərkəzlərinin yaradılmasını təklif ediblər.Ìý