Qazaxıstanın Almatı şəhərində Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresi (EFE 2016) keçirilib. Konqres Əhməd Yəsəvi Universiteti, Avrasiya Araşdırma İnstitutu ilə Əl-Fərabi Qazax Milli Universitetinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Başçılığı, Türkiyə İqtisadiyyat Təşkilatı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə keçirilib. TədbirinÌý bu ilki mövzusu “Siyasi Sabitlik-İqtisadi İnkişaf” olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Sabah qruplarınınÌý»å±ð°첹²Ôı Aida Quliyeva,Ìýİqtisadiyyat və işlətmə kafedrasının ³¾ü»徱°ù¾± Fariz ƏhmədovÌýelm komitəsi tərəfindən qəbul edilmiş elmi işlərini məruzə ediblər.
Konqresdə eyni zamanda Türkiyə, Qazaxıstan, ABŞ, Azərbaycan, Hindistan, Pakistan, Rumıniya, İraq, Çin, ŞKTC, Liviya, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri olmaq üzrə 13 ölkədən 51 universitet və təşkilatlardan 73 alim qatılıb. Tədbirdə müxtəlif mövzularda elm adamları tərəfindən 15 sessiya reallaşdırılıb və müzakirələr aparılıb.
3 gün davam edən konqresin sonunda məruzəçilərə sertifikat təqdim edilib.