91ÊÓƵ

UI GreenMetric Təşkilat Komitəsinin sədri 91ÊÓƵ-də olub

28 SENTYABR 2026 | VIEWS:

UI GreenMetric Təşkilat Komitəsinin sədri Vishnu Juwono 91ÊÓƵ-də olub.

91ÊÓƵ rektoru professor Ədalət Muradov ilə görüşdə qonağa universitetdə həyata keçirilən innovativ layihələr və yaradılmış müasir infrastruktur barədə məlumat verilib. Görüş çərçivəsində 91ÊÓƵ III Daxili Qrant Layihəsi əsasında universitet əməkdaşları tərəfindən hazırlanmış IoT və Big Data əsaslı ağıllı hibrid enerji stansiyası nümayiş etdirilib.

Vishnu Juwono sonra 91ÊÓƵ-in Aziz Sancar adına Qida Təhlükəsizliyi, Qida Mühəndisliyi, Ekologiya və Kimya laboratoriyaları ilə tanış olub. Qonağa laboratoriyaların fəaliyyəti, burada aparılan tədqiqatlar və universitetin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Görüşün davamında universitet reytinqləri, onların qiymətləndirmə meyarları və ali təhsil müəssisələrinin dayanıqlı inkişaf göstəricilərinin ölçülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı reytinqlərin obyektiv və şəffaf meyarlar əsasında formalaşdırılmasının vacibliyi, onların universitetlər üçün motivasiyaedici funksiyasını qorumasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanda ilk dəfə səfərdə olan Vishnu Juwono 91ÊÓƵ-də yaradılmış infrastrukturu və həyata keçirilən innovativ layihələri yüksək qiymətləndirib. O, UI GreenMetric və 91ÊÓƵ arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.