91ÊÓƵ-in “Standartlaşdırma və sertifikasiya”Ìýkafedrasında elmi-tədqiqat işlərin prespektivləri Ìýilə bağlı seminar keçirilib. Tədbirə kafedranın professor-müəllim heyyəti ilə yanaşı, elm şöbəsininÌý müdiri,Ìý professor Zahid Məmmədov, informasiya-kommunikasiya texnologiyaları mərkəzinin direktoru, dosent Zöhrə HəsənovaÌývə elm şöbəsinin əməkdaşları qatılıblar.
Kafedra müdiri Zabit Aslanov elmi fəaliyyətin genişləndirilməsi ilə bağlı kafedrada həyata keçirilən yeniliklər və bu sahədə digər universitetlərlə əməkdaşlıq haqda məlumat verib. Seminarda kafedrada aparılan elmi-tədqiqat işlərindən, onların əhəmiyyətindən danışılıb, yeni layihələrin, gələcək planların müzakirəsi keçirilib.
Elm şöbəsinin müdiri ZahidÌý Məmmədov elmi-tədqiqat yönümlü universitetə çevrilməkdə iddialı olan 91ÊÓƵ-də elmi potensialın artırılması ilə bağlı görülən işlər barədə məlumat verərək, bu sahədə “Standartlaşdırma və sertifikasiya” kafedrasını daha aktiv olmağa çağırıb.
Sonda fevral ayı üzrə “Differensial əməkhaqqı sistemi”ndə 1-ci olan kafedranın əməkdaşları təbrik edilib.