91ÊÓƵ


*

91ÊÓƵ Future Club Tələbə Təşkilatının Sədri
Lətif Azadəliyev

E-mail: [email protected]
°ձð±ô±ð´ڴDzÔ:Ìý+(994) 12 497-58-71
Bakı, Murtaza Muxtarov 194 (III °Õə»å°ù¾±²õ binası, otaq B28)

“91ÊÓƵ Future Club”Ìý tələbə təşkilatınınÌýƏSASNAMƏSİ

I. Ümumi müddəalar

1.1ÌýÌý Azərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ) Ìýfəaliyyət göstərən “91ÊÓƵ Future Club” (UFC) tələbə təşkilatı Universitetdə təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, təhsilalanların müasir dövrün çağırışlarına cavab verən Startup layihələrinin, tədqiqatlarının stimullaşdırılması və dəstəklənməsi məqsədi ilə 91ÊÓƵ-in Elmi Şurasının qərarına əsasən təsis edilir.

1.2Ìý UFC tələbə təşkilatı 91ÊÓƵ-in təhsilalanlarınınÌý ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır.

 

II. UFC tələbə təşkilatının əsas məqsədləri

Ìý2.1Ìý UFC tələbə təşkilatınınÌý əsas məqsədi təhsilalanların İnformasiya Texnologiyaları (İT)Ìý sahəsində müasir nəzəri-təcrübi biliklərini inkişaf etdirmələrinə,Ìý faydalı təşəbbüslərini reallaşdırmalarına yardım göstərməkdən ibarətdir.

2.2 BuÌý istiqamətdə tədbirlərin ( fakültə daxilində və ümumrespublika miqyasında elmi disputlar,Ìý sərgilər, müsabiqələr, olimpiadalar) keçirilməsini təşkil etməkdir.

2.3 İT sahəsində ixtisaslaşmış məşhur beynəlxalq mərkəzlərlə əlaqələr qurmaq, əməkdaşlığa nail olmaq; İT sahəsində nailiyyət qazanmış, məşhur beynəlxalq kampaniyalarda işə düzəlmiş soydaşlarımız barədə informasiya mübadiləsi yaratmaq, onlarla əlaqələr quraraq təhsilalanların karyera qurmalarına yardım göstərməkdir.

Ìý

III. UFC tələbə təşkilatına üzvlük, üzvlərin hüquq və vəzifələri

3.1Ìý 91ÊÓƵ-dəÌý təhsil alan, faydalı təşəbbüsləri olanÌý hər bir tələbə və magistrant UFC-yə üzv ola bilər.

3.2Ìý UFC tələbə təşkilatına üzvlükÌý könüllülükÌý xarakteri daşıyır və üzvlərdən heç bir üzvlük haqqı tələb olunmur.

3.3ÌýÌý UFC tələbə təşkilatına üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyəta keçirilir.

3.4ÌýÌý UFC tələbə təşkilatına üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.

3.5ÌýÌýÌý UFC tələbə təşkilatının üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.5.1Ìý UFC tələbə təşkilatının idarəçiliyində iştirak etmək;

3.5.2Ìý UFC tələbə təşkilatının hər hansı seçkili orqanına seçmək və seçilmək;

3.5.3Ìý UFC tələbə təşkilatının təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.5.4Ìý UFC tələbə təşkilatının fəaliyyəti barədə məlumat almaq;

3.5.5 Müxtəlif layihə və proqramlarla çıxış etmək.

3.6Ìý UFC tələbə təşkilatının üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.7ÌýÌý UFC tələbə təşkilatının üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.7.1Ìý UFC tələbə təşkilatının Əsasnaməsinə əməl etmək;

3.7.2Ìý Gördüyü işlərə məsuliyyətlə yanaşmaq;

3.7.3 UFC tələbə təşkilatının seçkili orqanlarının qərarlarını yerinə yetirmək.

3.8Ìý UFC tələbə təşkilatınınÌý üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

3.8.1Ìý UFC tələbə təşkilatı ləğv edildikdə;

3.8.2Ìý Könüllü olaraq UFC-nin üzvlüyündən çıxdıqda;

3.8.3Ìý UFC tələbə təşkilatının üzvlüyündən çıxarıldıqda;

3.9Ìý UFCÌý tələbə təşkilatı üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.

 

IV. UFC tələbə təşkilatının strukturu və idarəetmə orqanlarıÌý

4.1Ìý UFC tələbə təşkilatı aşağıdakı strukturlara malikdir:

4.1.1ÌýÌý Fakültə təşkilatı;

4.1.2. Bölmələr üzrə təşkilat.

4.2 Fakültə təşkilatı – ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə qrupu – UFC-nin ilk özəyidir.
4.3 Fakültə təşkilatının işinə səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.4Ìý FakültəÌý təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
4.5Ìý Fakültə təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini Bölmələrə çatdırır.

*

4.6Ìý Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
4.7Ìý Bölmə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.
4.8Ìý Bölmə təşkilatının işinə səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.9Ìý BölməÌý üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
4.10Ìý İdarə Heyəti Bölmə təşkilatı üzvlərinin təşəbbüslərini UFC -nin İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə daxilində icra olunmasını təmin edir.
4.11Ìý Bölmə təşkilatının İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az almamaqla keçirilir.

4.12Ìý UFC-nin idarəetmə orqanı İdarəetmə Şurasıdır.

4.12.1Ìý Şuranın say tərkibi struktur tərəfindən müəyyənləşdirilir.
4.12.2 İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:

4.12.3 Hər Bölmədən 2-3 nəfər olmaq şərti ilə;
4.12.4 İdarəetmə Şurasının say tərkibi 7 nəfərdən az olmamalıdır.

4.12.5 İdarəetmə Şurası 2 (iki) il müddətinə seçilir.
4.12.6.Ìý İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

4.12.6.1 Bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda;
4.12.6.2 Təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;
4.12.6.3 Üzrlü səbəb olmadan İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;
4.12.6.4Ìý Öz təşəbbüsü ilə.

4.12.7Ìý İdarəetmə Şurası UFC tələbə təşkilatının sədrindən, sədr müavinlərindən və üzvlərdən ibarət olan kollegial orqandır.
4.12.8Ìý İdarəetmə Şurasının iclasları ayda 2(iki) dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

4.12.8Ìý UFC tələbə təşkilatının üzvlüyünə qəbul və üzvlükdən azad edir;
4.12.9 UFC tələbə təşkilatının icra orqanlarını yaradır;
4.12.10Ìý UFC tələbə təşkilatının fəaliyyət planlarını və layihələrini təsdiq edir;
4.12.11 Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa bütün təşkilati məsələlər üzrə qərarlar qəbul edir.

4.12.12Ìý İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
4.12.13Ìý İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.
4.12.14Ìý İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.

4.12.15Ìý UFC tələbə təşkilatının sədrinin səlahiyyətləri:

4.12.16 UFC tələbə təşkilatının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və sərəncamverici funksiyalar daşıyır;
4.12.17Ìý UFC tələbə təşkilatını təmsil edir və onun adından çıxış edir;
4.12.18Ìý İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir;
4.12.19 Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir;
4.12.20Ìý Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
4.12.21Ìý Öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.

4.12.22Ìý UFC tələbə təşkilatının sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri həyata keçirir.
4.12.23Ìý Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. UFC tələbə təşkilatınınÌý sədr müavini eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.

Ìý

V. UFC tələbə təşkilatının ləğv olunması

5.1 UFC tələbə təşkilatı 91ÊÓƵ-in Elmi Şurasının qərarı ilə ləğv oluna bilər.

*

01.06.2024-cü ildən 01.06.2025-ci il tarixinə kimi 91ÊÓƵ Future Clubun sədri İsmayıl Abbasov (Rəqəmsal İqtisadiyyat fakültəsi, qr. 568-1) seçilib.

*