91ÊÓƵ


Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin °Õə»å°ù¾±²õ, İ»峾²¹²Ô və Ìýİstirahət Mərkəzi inşa edilmişdir. Mərkəz universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Mərkəzin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

101234567891112131415161720

Mərkəz haqqında

1969-cuÌý ildə əsası qoyulmuş Azərbaycan DövlətÌý İqtisad UniversitetininÌý (91ÊÓƵ) °Õə»å°ù¾±²õ, İ»峾²¹²ÔÌý və İstirahət Mərkəzi ölkəmizin dilbər guşələrindən biri olan ÌýQubaÌý rayonununÌý IIÌý NügədiÌý kəndində, füsunkar və gözəl təbiətə malikÌý bir ərazidə yerləşir. MərkəzÌý altı hektardan artıq bir əraziniÌý əhatə edir. Mərkəzin böyükÌý bir hissəsiniÌý çeşidli meyvələrləÌý zəngin meyvə bağıÌý təşkil edirsə, digər tərəfdənÌý dağÌý yamacındaÌý yerləşən yaşılÌý meşə zolağıÌý göz oxşayır. İstər istəməzÌý bu mənzərəÌý MərkəzəÌý qədəmÌý qoyan hər bir insanda xoş əhval ruhiyyə oyadır, onlarınÌý təbiət qoynunda rahat istirahət etməsinə xüsusi stimul yaradır. Mərkəzin yerləşdiyi ərazi Quba rayon mərkəzindən 7 km, gözəlliyi ilə hər kəsi valeh edən Çənlibel gölündən isə cəmi 3 km məsafədə yerləşir. Univeristet müəllimlərinin və tələbələrinin sevimli əyləncə mərkəzinə çevrilən idman sarayında Ìývoleybol zalı, üzgüçülükÌý hovuzu,Ìý fitnes salonu fəaliyyət göstəriri. Həmçinin ərazidə müasir standartlara cavab verən mini futbol meydançası da mərkəzi ziyarət edən qonaqların ən çox sevdiyi məşğuliyyət yerlərindən biridir. Xüsusilə 960 yerlik tamaşaçı tutumunaÌý malik olan voleybol zalıÌý müasir standartlaraÌý cavabÌý verməklə bərabər, ölkəmizin barmaqla sayıla biləcək müasir idman qurğularından biridir. Heç təsadüfi deyil ki adıçəkilən voleybol salonu dəfələrlə voleybol və futzal üzrə ölkə çempionatlarının oyunlarına ev sahibliyi etmişdir.Ìý İstirahət və tədris məqsədilə Mərkəz ərazisində hər cür rahatlığa malik standart və lüks kateqoriyalı 70 nömrədən ibarət Ìýotel binası,Ìý müxtəlif toplantılarÌý təşkil etmək üçün 200 nəfərlikÌý iclas zalı, qonaqları hər cür qidalanma ilə təmin edə bilən yeməkxana, tədris məqsədilə müasir avadanlıqlarla təmin edilmişÌý yeddi auditoriya və sinif otaqları qonaqlarnın xidmətindədir.

Mərkəz artıq uzun müddətdir 91ÊÓƵ əməkdaşlarının və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədris sahəsində müxtəlif Ìýdaxili və beynəlxalq tədbirlərin və təlimlərin yüksək səviyyədə təşkil edilməsi ənənə halını almışdır. İclas zalımız və auditoriyalarımız müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Təlimlər beynəlxalq və ölkə daxilində tanınmış və təcrübəli mütəxəssislər tərəfindən aparılır.

Hər il istirahətlərini Qubada keçirmək istəyən 91ÊÓƵ əməkdaşları üçün burada əlverişli şərait yaradılır. Onlar gündə üç dəfə isti və soyuq yeməklə təmin edilir, rayonun görməli yerlərinə səyahətləri təşkil edilir,asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli və musiqili proqramlar tərtib edilir. Bir sözlə şəhərin səs küyündən uzaq,sakit guşədə və təmiz havada istirahət edən univeristet əməkdaşlarımız üçün bu mərkəzin yeri əvəzsizdir.

Mərkəzdə beynəlxalq standartlara uyğun qurulan idman bölməsi vardır. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.

Mərkəzin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır.

Burada beş min kv.m-dən çox əraziyə asfalt örtüyü döşənmişdir.