91ÊÓƵ-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Radio 91ÊÓƵ əməkdaşlarını Milli Radio və Televiziya Günü münasibətilə təbrik edib. Maraqlı layihələri, o cümlədən ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə geniş dinləyici auditoriyasına malik olan Radio 91ÊÓƵ-in 2 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin yaradıcılıq potensialının üzə çıxması, onlarda natiqlik bacarığının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Radio 91ÊÓƵ-in fəaliyyəti barədə məlumat verən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov bildirib ki, hazırda burada universitet tələbələrinin 16, əməkdaşların isə 5 layihəsi reallaşdırılır.
Görüşdə “Biz də tələbə olmuşuq”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “91ÊÓƵ müəllimi”, “Təhsilə dair”, “91ÊÓƵ Rakus” və digər layihələrin müəllifi olan 91ÊÓƵ tələbələri və əməkdaşları Fəxri Fərmanla təltif olunublar.