“Marketinq” kafedrasının nəzdində fəaliyyət göstərən Ìý“Marketinq-diskusiya klubu”nun 3 dekabr saat 12:00-da növbəti seminarı keçirildi. Seminarda “Qarant Holdinq”in piar meneceri Nigar Məmmədova Ìý“Azərbaycanın reklam bazarında marketinqin kommunikasiya elementlərindən istifadə” mövzusunda maraqlı çıxış etdi. “Marketinq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin iştirakı ilə təşkil olunan seminarda Nigar xanım Azərbaycanda reklamın müasir vəziyyəti və piar kompaniyalar haqqında ətraflı çıxış edərək, tələbələri maraqlandıran suallaraÌý daÌý cavab verdi.