91ÊÓƵ-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:Bəhruz Bayramov 1999-cu il dekabrın 6-da Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Bakı şəhəri Nizami rayonu 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəb dövründə futbol yarışlarında fəal iştirak edib. Futboldan başqa hobbisi kitab oxumaq, intellektual yarışlara baxmaq, elmi filmləri izləmək, musiqi – xüsusi ilə segah dinləməkdir. 2017-2018-ci ilin qəbul imtahanlarında 690 bal toplayaraq 91ÊÓƵ-ə qəbul olub. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.
– Bəhruz, universitet seçiminizə hansı amillət təsir etdi?
–ÌýHələ imtahanlardan öncə ətrafımdakı hər kəsə mənə 91ÊÓƵ-i tövsiyə edirdi. Valideynlərim məni 91ÊÓƵ tələbəsi kimi görmək istəyirdilər. Özüm də universitetləri araşdırdım və 91ÊÓƵ-in yüksələn reytinqi məni daha da cəlb etdi. Ən yaxşı universitetdə ən keyfiyyətli təhsili almaq, ən yaxşı karyeranı qurmağı hədəfləmişdim. Buna görə də qərara gəldim ki, 91ÊÓƵ-i seçim, həm valideynlərimin arzusu reallaşsın, həm də mənim. Artıq 91ÊÓƵ tələbəsiyəm və seçimimdə yanılmadığımı görürəm. Əvvəl düşünürdüm ki, II kursdan təhsilimi SABAH qruplarında davam etdirərəm, lakin sonra bu fikrimdən də daşındım. Bu günkü pozisiyamı, yəni möhtəşəm İSE ailəsinin üzvü olmağı çox bəyənirəm.
– 91ÊÓƵ-dən gözləntiləriniz nədir?
– Mən 91ÊÓƵ-ə daxil olmaqla öz biliyimi daha da təkmilləşdirəcəyimə inanıram. Araşdırmalarım göstərib ki, Beynəlxalq İqtisadiyyat Məktəbini bitirdikdən sonra iş tapmaq daha asan olur. Fikrimi daha dəqiq ifadə etsəm, iş özü səni tapır. Bu dediklərimi indi IV kursda oxuyan tələbələrimizin aldığı iş təkliflərinə əsasən deyirəm. Açığı, magistr təhsilim üçün xarici ölkə düşünürəm, amma alınmasa, magistr təhsilimi də 91ÊÓƵ-də alacağam.
– 91ÊÓƵ-də əsasən nələri bəyənirsiniz? Hansı layihə və ya proqramlarından faydalanmaq istərdiniz?
– Layihələr bir-birindən maraqlı, proqramlar bir-birindən cəlbedicidir. II kursda mütləq “Erasmus” proqramında iştirak etməyi düşünürəm. İngilis dilində tədris, Elektron Universitet Modeli, yazılı imtahanlar, UDİD-lə 4 ildə iki ixtisasa sahib olmaq və bir çox belə üstünlüklər 91ÊÓƵ-i gələcəyini daha uğurlu qurmaq istəyən şagirdlərin arzusuna çevirir. Hələ 91ÊÓƵ tələbəsi olmadan öncə öyrəndim ki, 91ÊÓƵ-də biliyi ən ədalətli formada qiymətləndirirlər, dərslərin keyfiyyəti çox yüksəkdir, müəllimlər isə obyektiv insanlardır. Ümumiyyətlə, 91ÊÓƵ bizə çox yaxşı fürsətlər tanıyır. Mən də bütün bu imkanlardan yararlanmaq istəyirəm. Arzum 91ÊÓƵ-də qazandığım biliyi Azərbaycan iqtisadiyyatının inkişafına sərf etməkdir.
91ÊÓƵ-in prezident təqaüdçüləri
Zülfiyyə Abiyeva –ÌýPrezident təqaüdçüsü:Ìý“91ÊÓƵ-dəki yüksək təhsil uğurlu gələcəyimin təminatıdır”Ìý(20.10.2017)
Nurlan Cabbarlı –ÌýPrezident təqaüdçüsü: “91ÊÓƵ-dəki rəqabət mühitini çox sevirəm!”Ìý(17.10.2017)
Elmar Abdullayev –ÌýPrezident təqaüdçüsü: “91ÊÓƵ-də bir gün” uğurlu gələcəyə addım atmaqdırÌý(12.10.2017)
Rəşad Mustafasoy –ÌýPrezident təqaüdçüsü: “91ÊÓƵ-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir”Ìý(04.10.2017)
Arzu Məmmədzadə –Ìý700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaqÌý(27.09.2017)
Cavad Əliyev –Ìý700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəmÌý(19.09.2017)