Dekabrın 16-də “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işini Azərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ) davam etdirib.
Seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil edilib. 91ÊÓƵ-in Beynəlxalq İqtisadiyyat MəktəbininÌý»徱°ù±ð°ì³ٴǰù³Ü Anar RzayevÌýÌýreallaşdırılan start-up layihələri barədə söz açıb, Ìýhaqqında məlumat verib.
Aparıcı təlimçi Maksim Kisilyov “İnnovativ start-up üçün liderlik və komanda işi” mövzusunda çıxış edib. O, start-up üçün liderin funksiyalarından söz açıb,ÌýbuÌýmühitdə liderin rolunu xüsusi vurğulayıb. Natiq, uğurlu start-up şirkətlərinin timsalında liderlərin qiymətləndirilməsi və komandanın toplanılması üsullarını izah edib. Start-up şirkəti üçün toplananÌýqrupun komandadan fərqi, liderin qrupda və komandadakı xüsusiyyətləri, komandanın formalaşma mərhələləri seminar iştirakçılarının xüsusi marağına səbəb olub.ÌýBelbin və Adizes nəzəriyələrinə uyğun olaraq,Ìýkomandada rolları açıqlayıb.
Liderin ünsiyyət bacarığından danışan M.KisilyovÌýistənilən auditoriya ilə səmərəli ünsiyyət qurmaq metodları,Ìýinandırıcı olmağın prinsip və texnologiyaları, komandanın qeyri-maliyyə motivasiyası yollarını izah edib. Komandanın əsas iştirakçılarının təyin olunması və onların motivasiyasının yüksəldilməsi sirlərini açıb. Layihənin təsisçi, mentor, işçi və investorunun motivasiyası yollarını açıqlayıb.ÌýKomandanı ruhlandıracaq göstəricilər sistemi, strategiyanın, məqsədə çatmağın və motivasiyanın əlaqəsi,Ìýo cümlədənÌýmaliyyə və qeyri-maliyyə motivasiya balansı sahəsində biliklərini bölüşüb.
Müzakirələrdən sonra seminar öz işini yekunlaşdırıb. İştirakçılar seminarı innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqların aşılanmasında mühüm rol oynayacağını bildiriblər.