91ÊÓƵ-in Beynəlxalq Əlaqələr DepartamentininÌý»徱°ù±ð°ì³ٴǰù³Ü Anar Kazımov pedaqoji fəaliyyətlərinə İqtisad Universitetində davam edən Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Business) professorları ilə görüşüb.
Polşanın nüfuzlu universitetinin üç professoru – Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas 91ÊÓƵ-də olmaqdan məmnunluq ifadə ediblər. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan 91ÊÓƵ-in güclü təhsil bazasına malik olmaqla yanaşı, savadlı və bacarıqlı kadr hazırlığı həyata keçirdiyini diqqətə çatdırıblar: “Müşahidələrimiz onu deməyə əsas verir ki, 91ÊÓƵ tələbələri bilik əldə etməyə çox maraqlıdırlar. Eyni zamanda, mənimsəmə qabiliyyətləri də yüksəkdir. Bir sözlə, 91ÊÓƵ tələbələrinə mühazirə oxumaq böyük zövqdür”.
A.Kazımov Erasmus+ mübadilə proqramı çərçivəsində polşalı professorların 91ÊÓƵ-də, 91ÊÓƵ professorlarının isə Polşanın Poznan İqtisad və Biznes Universitetində mühazirələrinin davamlı olacağını bildirib. Mübadilə proqramının uğurla davam etdiyini qeyd edən departament direktoru ötən həftə ərzində 91ÊÓƵ-in iki müəlliminin sözügedən universitetdə dünya iqtisadiyyatı və marketinq fənlərindən dərs keçdiklərini bildirib. Eyni zamanda, aprel ayında 91ÊÓƵ-in 4 professorunun da polşalı tələbələrə iqtisadiyyat və riyaziyyat fənlərini tədris edəcəklərini diqqətə çatdırıb.