PASHA Holdingin Baş İcraçı Direktoru, 91ÊÓƵ-in məzunu Cəlal Qasımov 91ÊÓƵ tələbələri ilə görüşüb.
Görüşdə tələbələrə “Ümumi idarəetmə” mövzusunda maraqlı təqdimatla çıxış edən Cəlal Qasımov gənclərə uğurun formalaşmasında mühüm rol oynayan amillər, karyera seçimi, qərarvermə, liderlik və şəxsi inkişafla bağlı fikirlərini və təcrübəsini bölüşüb.
Çıxışda zamanın insanın əsas resurslarından olduğu bildirən Cəlal Qasımov gəncləri vaxtlarından səmərəli istifadə etməyə, özlərinə və gələcəklərinə investisiya qoymağa çağırıb. Həmçinin karyera seçimində yalnız gəliri deyil, həmin işin insanın inkişafına necə təsir edəcəyini də nəzərə almağın vacibliyini vurğulayıb.
Cəlal Qasımov düzgün qərarların qəbul edilməsində məlumatlı olmağın və alternativləri qiymətləndirməyin əhəmiyyətindən də danışıb. O, müasir dövrdə seçim imkanlarının artdığını qeyd edərək, gənclərə qərar verərkən məqsədləri, mümkün nəticələri və riskləri birlikdə nəzərə almağı tövsiyə edib.
Təqdimatda liderlik və komanda idarəçiliyi məsələlərinə də toxunulub. Qeyd edilib ki, liderin vəzifəsi yalnız güclü insanları bir araya gətirmək deyil, onların fərqli bacarıq və düşüncələrini vahid məqsəd ətrafında birləşdirmək, düzgün koordinasiya etmək və zəruri hallarda prioritetlər arasında seçim edə bilməkdir. Cəlal Qasımov bilik və təcrübənin vəhdətinin uğurlu komandanın formalaşmasında mühüm rol oynadığını bildirib.
Gənclərin işə qəbul prosesindən söz açan Cəlal Qasımov gənclərə müsahibə zamanı səmimi və özünəinamlı olmağı tövsiyə edib. O, müsahibədən mənfi nəticə aldıqda ruhdan düşməməyi, hər uğursuzluğu öz inkişafları üçün bir təcrübə kimi dəyərləndirməyi tövsiyə edib.
Tələbələrin böyük maraqla dinlədikləri təqdimatdan sonra Cəlal Qasımov ona ünvanlanan sualları cavablandırıb.
Görüşün sonunda 91ÊÓƵ rektoru professor Ədalət Muradov Cəlal Qasımova “91ÊÓƵ tələbələrinin peşəkar inkişafına verdiyi töhfəyə görə” təşəkkür plaketi təqdim edib.
91ÊÓƵ-ə səfər çərçivəsində Cəlal Qasımov 91ÊÓƵ-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompeksini ziyarət edib. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi, Bloomberg laboratoriyası, imtahan zalı, Karyera Mərkəzinin ilə tanış olub.