İş həyatında ən vacib məsələlərdən biri özünüzü bir brend kimi formalaşdırmağınızdır. Siz çalışdığınız şirkətdən, tutduğunuz vəzifədən və aldığınız maaşdan əvvəl özünüz bir dəyər yaratmalısınız.Gələcəkdə hansı şirkətdə işləyəcəyinizdən asılı olmayaraq, insanlar sizi öz bacarıqlarınız, düşüncə tərziniz, işə münasibətiniz və yaratdığınız dəyərlə tanımalıdırlar. Yəni özünüzə elə bir ad, elə bir reputasiya yaratmalısınız ki, harada işləməyinizdən asılı olmayaraq, sizin kim olduğunuz və nəyə qadir olduğunuz bilinsin.
Ona görə də gənclər üçün əsas məqsəd yalnız yüksək maaşlı iş tapmaq olmamalıdır. Əsas məqsəd öz üzərində işləmək, öyrənmək, inkişaf etmək və özünü fərqləndirən xüsusiyyətləri formalaşdırmaqdır.
Siz özünüzü bir brendə çevirə bilsəniz, gələcəkdə iş axtaran tərəf yox, özünə ehtiyac duyulan tərəf olacaqsınız. Şirkətlər də məhz belə insanları axtarırlar – özünü inkişaf etdirən, fərqlənən və çalışdığı yerə dəyər qatan insanları.
Bu gün özünüzə qoyduğunuz sərmayə gələcəkdə sizin ən böyük üstünlüyünüz olacaq. Ona görə də indidən özünüzü necə təqdim etdiyinizə, necə davrandığınıza və hansı dəyəri yaratdığınıza diqqət yetirin. Özünüzü brend edin.
Bu fikirləri PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov 91ÊÓƵ tələbələri üçün “Ümumi idarə etmə” mövzusunda master-klass keçərkən bildirib.