Almaniyanın Heidelberq Universitetində Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” Erasmus+ layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə Avropadan olan tərəfdaşlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ), eləcə dəÌý ölkənin digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.
Təlimlərdə 4-cü İşçi Paketdə lider olan 91ÊÓƵ-in Beynəlxalq Əlaqələr DepartamentininÌý°ùə³ó²úə°ù¾± Anar Kazımov doktorantların professional bacarıqlarının artırılması və bu sahədə 91ÊÓƵ-in son iki ildə əldə etdiyi nailiyyətlər barədə çıxış edib. Eyni zamanda 91ÊÓƵ-in elmi tədqiqat potensialı, gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələr, o cümlədən diferensial əməkhaqqı sistemi, “Lider müəllim-lider universitet” layihəsi, gənc tədqiqatçılar layihəsi və digər uğurlardan danışıb.
Görüşdə 91ÊÓƵ-də gənc tədqiqatçılar üçün yaradılan karyera imkanları, habelə ölkədə fəaliyyət göstərən şirkətlərlə əlaqələr iştirakçıların diqqətinə çatdırılıb. Bu istiqamətdə regionda öz unikallığı ilə seçilənÌý Almaniyanın Siegen Universiteti ilə birgə DAAD layihəsi də maraqla qarşılanıb. Bildirilib ki, karyera imkanlarının artırılmasına yönəldilən layihə çərçivəsində hazırda 91ÊÓƵ-in 3 doktorantı Siegen Universitetində tədqiqat aparır.
Anar Kazımovun çıxışında ali məktəblərdə doktorantların professional bacarıqlarının artırılmasına nail olunmasıÌý məqsədilə verilən təkliflər işçi paketin icrasının əsasını təşkil edib.
Təlimlər çərçivəsində paralel diskussiyalar aparılıb və digər işçi paketlərin icrasının gedişi nəzərdən keçirilib.