Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) Maliyyə və mühasibat fakültəsiÌý±¹ə Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Qruplar arasında keçirilən yarışda on altı komanda iştirak edib. Gərgin keçən intellektual yarışda 402-ci qrupun tələbələri qalib gəlib. 440-cı qrup II, 400-cü qrup isə III yerə layiq görülüb.
Qaliblərə diplom və “Ali&Nino” kitab mağazasından hədiyyə kuponu təqdim edilib. II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.