91ÊÓƵ

91ÊÓƵ-də “Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” mövzusunda seminar keçirildi

24 YANVAR 2017 | VIEWS:

“Azərbaycan Respublikasının logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi”Ìýmövzusuna həsr edilən seminarda 91ÊÓƵ-in Biznes və menecmentÌýfakültəsinin professor-müəllim heyəti iştirak edib.

Fakültə dekanı, dosent Mirağa ƏhmədovÌýbiznes infrastrukturunun tərkib hissəsi olan logistika və ticarətin inkişafında insan kapitalının rolundan danışıb. Qeyd edib ki, ABŞ, Yaponya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələr daha çox təhsil sisteminin hazırladığı insan kapitalından böyük gəlirlər əldə ediblər. İnsan kapitalı ölkənin biznes strukturlarında əmək məhsuldarlığının Ìýartırılmasında, dayanıqlı iqtisadi artımda və rəqabətqabiliyyətliliyininÌýyüksəldilməsində böyük rol oynayır.

Seminarda “M²¹°ù°ì±ð³پ±²Աç”Ìýkafedrasının müdiri, professor Telman İmanovÌýAzərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin, eləcə dəÌý real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsində mühüm rol oynayan “Azərbaycan Respublikasında Logistika və ticarətin inkişafına dair Strateji yol xəritəsi”nin hədəf indikatorları, strateji məqsədləri və prioritetləri barədə çıxış edib.

“M²¹°ù°ì±ð³پ±²Աç” kafedrasının müəllimi, dosent Eldar QuliyevÌýlogistika və ticarətin sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrildiyini bildirərək, bunun əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcminin artmasına şərait yaratdığını vurğulayıb.

Seminar “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, prof.ÌýArif Şəkərəliyev, “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dos. Məhəmməd Əliyev, “M±ð²Ա𳦳¾±ð²ԳÙ” kafedrasının müdiri, prof.ÌýKamil Şahbazov və digər professor-müəllim heyətinin müzakirələri ilə davam edib.