Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə Moskva Dövlət Humanitar-İqtisad Universitetində təşkil edilən konfransda 91ÊÓƵ də təmsil olunub. Konfransda Rusiya və Belarus Respublikasının təhsil müəssisələrinin rəhbərləri, elmi və pedaqoji işçiləri iştirak edib.
Konfransda inkluziv təhsil müəssisələrində karyera yönümlü işin təşkili və metodoloji dəstəyi, əlilliyi olan təhsil alan gənclərə aid professional oriyentasiya, qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, habelə əlilliyi olan gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının bərabər şəkildə təmin edilməsi müzakirə olunub.
Konfransda 91ÊÓƵ-in Əlilliyi olan tələbələr üçün Mərkəzinin koordinatoru Sevinc Məhsimova, inklüziv təhsilin 91ÊÓƵ-in prioritet məsələlərindən olduğunu vurğulayaraq, bu istiqamətdə universitetdə zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Rus İqtisadiyyat Məktəbinin “İq³پ±²õ²¹»徱²â²ⲹ³Ù” kafedrasının dünya iqtisadiyyatı və ticarət ixtisasının rəhbəri Sevər Məmmədova 91ÊÓƵ və Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan ikili diplom proqramının əhəmiyyətindən danışıb. Razılaşmanın Azərbaycanda və MDB məkanında inklüziv mühitdə əlilliyi olan tələbələrə hər iki universitetin diplomunu almaq imkanı verən ilk proqram olduğunu diqqətə çatdırıb.