ABŞ-ın nüfuzlu Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin məlllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə peşəkar William Beaman 91ÊÓƵ tələbələrinə “Biznesdə etika” mövzusunda ustad dərsi keçib.
91ÊÓƵ-in bütün fakültələrindən bakalavr və magistrlərın qatıldığı dərsdə amerikalı müəllim biznes münasibətlərində hansı etik davranış qaydalarının əsas amil olduğunu açıqlayıb. Bizneslə məşğul olarkən qeyri-etik sayılan faktorlara diqqət çəkib. Çıxışını real keyslər üzərindən edən strateji kommunikasiya bilicisi biznes mühitində etik qaydaların hansının daha yüksək effekt verməsi və müxtəlif situasiyalarda necə davranmağın sirlərini açıqlayıb. Auditoriya qarşısında bir neçə etik moral dilemma keysləri təqdim edən W.Beaman 91ÊÓƵ tələbələrinin mövcud durumda necə davranacaqları barədə fikirlərini dinləyib.
İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim 91ÊÓƵ tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib.
Tədbirdə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, 91ÊÓƵ Biznes MəktəbininÌý»徱°ù±ð°ì³ٴǰù³Ü Nazim Hacıyev, Beynəlxalq İqtisadiyyat MəktəbininÌý»徱°ù±ð°ì³ٴǰù³Ü Anar Rzayev və digər müəllimlər də iştirak edib.