91ÊÓƵ

Fakültələrarası intellekеt yarışın qalibləri mükafatlandırılıb

24 NOYABR 2017 | VIEWS:

91ÊÓƵ-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Bilik yarışmasının qalibi SABAH qruplarının komandası olub. Maraqlı keçən müsabiqədəÌýBeynəlxalq ݱç³پ±²õ²¹»徱²â²ⲹ³Ù Məktəbinin komandası II,Ìýݱç³پ±²õ²¹»徱²â²ⲹ³Ù fakültəsi isə III yerin sahibi olub.

Komanda üzvlərini təbrik edən Tələbələrlə iş üzrə prorektor, dosentÌýSəadət Qəndilova 91ÊÓƵ tələbələrinin mütəmadi olaraq intellektual yarışlarda iştirakını yüksək qiymətləndirib. O, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaradan müsabiqələrin keçirilməsinin istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsinə xidmət etdiyinə diqqət çəkərək, bunun dövlətin gənclər siyasətinin tərkib hissələrindən biri olduğu vurğulayıb. Tələbələrə təhsillərində uğurlar arzulayan S.Qəndilova onlara üzərlərində daim çalışmağı tövsiyə edib.

Sonra komandalarının üzvlərinə kubok, medal və sertifikatlar təqdim edilib.