91Ƶ

UNESCO–Al Fozan Beynəlxalq Mükafatına müraciət qəbulu elan edilir

14 SENTYABR 2026

91Ƶ-in gənc alim və tədqiqatçılarının nəzərinə!

Üçüncü UNESCO–Al Fozan Beynəlxalq Mükafatı üzrə müraciətlərin qəbuluna başlanılıb.

Müsabiqənin əsas məqsədi elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində fəaliyyət göstərən gənc alimlərin elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasını və təşviq edilməsini dəstəkləməkdir.

UNESCO tərəfindən qalib namizədlər üçün 50 000 ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən 91Ƶ-in uyğun namizədləri müraciətlərini 30 noyabr 2026-cı il tarixinədək onlayn platforma vasitəsilə təqdim edə bilərlər.

91Ƶ-in müvafiq elm sahələrində fəaliyyət göstərən gənc alim və tədqiqatçıları müsabiqədə fəal iştiraka dəvət olunur.