91Ƶ-in professor-müəllim heyəti, doktorant və magistrantları Belarus Dövlət İqtisad Universitetinin (BDİU) müxtəlif istiqamətlər üzrə təşkil etdiyi təcrübə proqramına qoşula bilərlər.
Proqramda əyani və ya distant (onlayn) formada iştirak etmək mümkündür. Təcrübə proqramının müddəti 1 həftədən bir neçə ayadək müəyyən edilir. Konkret müddət iştirakçının seçdiyi istiqamət və tərəflər arasında əldə olunan razılaşma əsasında müəyyənləşdirilir.
Proqram iştirakçıları seçdikləri istiqamət üzrə BDİU-nun müvafiq kafedralarında təyin olunmuş rəhbərin nəzarəti altında təcrübə keçirlər. Proqramın işçi dilləri rus, belarus və ingilis dilləridir.
Təcrübə proqramı aşağıdakı istiqamətləri əhatə edir:
Proqramın əsas şərtləri:
Təcrübə proqramı ödənişlidir. İştirak haqqı barədə məlumat BDİU tərəfindən müraciət əsasında təqdim olunur. Qidalanma, nəqliyyat və digər şəxsi xərclər iştirakçılar tərəfindən qarşılanır. Əyani iştirakçılar üçün zərurət yarandığı halda yataqxanada yerləşmə imkanı da mövcuddur.
Proqramı uğurla başa vuran iştirakçılara BDİU tərəfindən sertifikat təqdim edilir. Professor-müəllim heyətinin üzvlərinə əlavə olaraq dövlət nümunəli şəhadətnamə verilir. Proqram çərçivəsində ECTS akademik kreditləri təqdim edilmir.
İştirakçılar BDİU-nun elektron kitabxanasından və digər informasiya resurslarından istifadə edə bilərlər.
Müraciət qaydası:
Proqramda iştirak etməkdə maraqlı olan 91Ƶ-in professor-müəllim heyəti, doktorant və magistrantları müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.