91ÊÓƵ

91ÊÓƵ TEKNOFEST 2026 üçün texnoloji liderlərini seçir

29 YANVAR 2026

91ÊÓƵ-də təhsil alan tələbələrin 2026-cı ildə keçiriləcək TEKNOFEST çərçivəsində təşkil olunan beynəlxalq texnologiya və innovasiya müsabiqələrində iştirakının təmin edilməsi məqsədilə daxili seçim müsabiqəsi elan edilir.

TEKNOFEST 2026Ìýçərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə müsabiqələr nəzərdə tutulur:

Süni intellekt və Rəqəmsal Texnologiyalar
(Süni intellekt, data analitikası, görüntü emalı, kibertəhlükəsizlik, blokçeyn)

Sağlamlıq, Biotexnologiya və Tibbi Texnologiyalar
(Onkologiya texnologiyaları, biotexnoloji innovasiyalar, tibbi AI həlləri)

Robototexnika və Avtonom Sistemlər
(Robot sistemləri, avtonom nəqliyyat vasitələri, ağıllı idarəetmə)

Aviasiya, Kosmos və Pilotsuz Sistemlər
(Dronlar, raket və peyk texnologiyaları, aerokosmik sistemlər)

Enerji, Ətraf Mühit və Yaşıl Texnologiyalar
(Bərpa olunan enerji, ekoloji innovasiyalar, davamlı texnologiyalar)

Maliyyə Texnologiyaları və Startaplar
(FinTech, biznes modelləri, texnoloji startap layihələri)

Müdafiə və Qabaqcıl Mühəndislik Texnologiyaları
(Hava hücumundan müdafiə, elektron müharibə, yüksək texnologiyalı sistemlər)

Kənd Təsərrüfatı və Ağıllı Sistemlər
(Aqrotexnologiyalar, ağıllı kənd təsərrüfatı həlləri)

Kimlər iştirak edə bilər

  • 91ÊÓƵ-in bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan tələbələri

Seçim prosesi

TEKNOFEST 2026 üzrə 91ÊÓƵ daxili seçim prosesi aşağıdakı mərhələlər üzrə həyata keçiriləcəkdir:

  1. Elektron müraciətlərin qəbulu
  2. Yazılı müraciətlər əsasında ilkin seleksiya
  3. Seçilmiş komandalarla müsahibə mərhələsi

Qiymətləndirmə zamanı layihənin innovativliyi, texniki əsaslandırılması, real tətbiq potensialı və komanda bacarıqları əsas meyarlar kimi nəzərə alınacaqdır.

Seçilmiş komandalar üçün 91ÊÓƵ dəstəyi

  • Akademik və praktiki mentorluq
  • Təlim və hazırlıq proqramları
  • Pitch və təqdimat bacarıqlarının inkişafı
  • 91ÊÓƵ adından rəsmi yönləndirmə və institusional dəstək

Müraciət qaydası və müddəti

Müraciətlər elektron formada qəbul edilir.
91ÊÓƵ daxili müraciət üçün son tarix:Ìý09 fevral 2026
TEKNOFEST rəsmi müraciət üçün son tarix:Ìý20 fevral 2026

ÌýMüraciət linki: ()

ÌýQeyd:Ìý91ÊÓƵ adındanÌýTEKNOFEST 2026-da iştirak yalnız daxili seçim prosesindən uğurla keçmiş komandalar üçün mümkündür.

Əlaqə: 91ÊÓƵ Biznes Mərkəzi 492 59 02 daxili 1180.